RU
2 aydır yoxa çıxan 13 yaşlı uşağı anası sevgilisi ilə öldürübmüş - VİDEO
13:32
758

2 aydır yoxa çıxan 13 yaşlı uşağı anası sevgilisi ilə öldürübmüş - VİDEO

ABŞ-ın Nyu Mexiko ərazisində sevgilisinin 13 yaşlı oğlu Ceremiah Valensiaya təcavüz edən, sonra da uşağı öldürüb cəsədi yandıran şəxs ilə ona kömək edən uşağın anası saxlanılıb.

Şübhəlilər uşaq öldükdən sonra yol kənarındakı zibil qutusuna atıblar. Uşağın cəsədi 2 ay sonra tapılıb.

Uşağın anasının bir tanışına oğlunun öldürüldüyünü söyləməsindən sonra polis araşdırmaya başlayıb. Məlum olub ki, uşağı keçmiş məhkum olan 35 yaşlı anası Tracy Ann Pena, sevgilisi Thomas Ferquson və onun 19 yaşlı oğlu Jordan Nunez qətlə yetirib.

 
Yol kənarında cəsədi tapılan uşağın anası ifadəsində sevgilisindən qorxduğu üçün ona oğlunun cəsədini yol kənarına atmaq üçün kömək etdiyini deyib.

Qadının sevgilisinin oğlu Jordan Nunez isə uşaqkən atasından şiddət gördüyünü və qorxduğu üçün atasına kömək etdiyini bildirib. Ferqusonun qətl və adam oğlurluğu kimi əməllərinin də daxil olduğu 17 fərqli cinayətinin üstü açılıb.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ