Bakıda şəhərində qapı arxasında köməksiz qalan 2 azyaşlı xilas edilib.
7news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Yasamal rayonunda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin qapısını açıbvə azyaşlıları aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 19:52-də başa çatıb.
7news.az








