Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya İdarəsi Dağlıq Qarabağ uğrunda son 2 gündə gedən döyüşlər haqda hesabat dərc edib.
7News.Az Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, BMT aprelin 2-sindən Ermənistanın təxribatı nəticəsində başlanan atışmalarda azı 33 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlayıb. Təşkilat bildirir ki, ölənlərdən 30-u hərbçi, 3-ü isə mülki sakindir.
BMT qeyd edir ki, bu hesabat Azərbaycan və Ermənistan tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Xatırladaq ki, Müdafiə Nazirliyi sözügedən döyüşlərdə 15 nəfər Azərbaycan vətəndaşının şəhid olduğu barədə açıqlama verib.
7News.Az








