PKK terrorçuları Türkiyəni Diyarbəkir vilayətində yenidən hücuma keçib.
7News.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Hani rayonunda jandarm binası yaxınlığında törədilən güclü partlayışda 2 asayiş keşikçisi şəhid olub, onlarla insan yaralanıb.
Yerli medianın məlumatına görə xəsarət alan 46 nəfərdən, 39-u təhlükəsizlik qüvvələridir. Partlayışın şiddətindən binanın bir qismi çöküb, 1.5 km radiusdakı mənzillərə ciddi ziyan dəyib.
Qanlı hücumdan dərhal sonra ərazidə terrorçulara qarşı əməliyyatlar keçirilib. Helikopterlərin də cəlb olunduğu reyd hələ də davam edir.








