RU
2 nəfərdən 10 kiloqram narkotik götürüldü
13:47
437

2 nəfərdən 10 kiloqram narkotik götürüldü

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

7News.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Şabanov saxlanılıb.

Ondan çəkisi 8 kiloqram 200 qram olan marixuana götürülüb.

 

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini Eldəniz Əhmədovdan çəkisi 2 kiloqramdan artıq marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ