Balakəndə 2 tondan artıq narkotik tərkibli çətənə aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 7news.Az-a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan ümumilikdə 3254 ədəd narkotik tərkibli çətənə bitkisi müəyyən edilib. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada məhv edilib.
7news.Az








