ABŞ-ın Minnesota əyalətində iki yaşlı qız hərəkətdə olan avtomobildən yola düşüb.
7News.Az avtosfer.az-a istinadən xəbər verir ki, Chad Cheddar Mock adlı sürücü avtomobilinin kamerasına düşən görüntünü sosial şəbəkədə paylaşıb. Görüntülərdə hərəkətdə olan maşından uşağın oturacaqla bərabər yola düşdüyü görülür.
Arxasınca sürücü avtomobildən düşür, nəqliyyatın hərəkətini dayandıraraq uşağı yoldan götürür.
İşin təəccüblü tərəfi isə anasının baş verənlərdən xəbərsiz olması və yoluna davam etməsidir. Hadisə yerinə gələn polis uşağın kresloya möhkəm bağlanıldığını, ancaq kreslonun avtomobilin oturacağına yaxşı bərkidilmədiyini söyləyib.
Uşağın maşında olmadığını görən ana hadisənin baş verdiyi yerə qayıdıb. Adı açıqlanmayan qadının uşağı təhlükəyə atma cəzası ilə cəzalandırılacağı bildirilib.
Həmin görüntüləri təqdim edirik:
7News.Az










