RU
2 yaşlı uşaq anasını güllələdi
17:15
1386

2 yaşlı uşaq anasını güllələdi

İki yaşlı uşaq tapança ilə anasının başına 36 mərmi vurdu.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın, möcüzə nəticəsində sağ qaldı. Dəhşətli hadisə Çinin Siçuan vilayətində, Çenqdu şəhərində baş verib.

Yaralı qadını nəzarətə götürən həkimlər, rentgendə gördüklərinə inanmayıb. Qadının başında 36 ədəd dəmir kürələrin olduğunu görən cərrahlar, dərhal onu əməliyyat otağına göndərib. Saatlarla davam edən əməliyyatdan sonda zərərçəkənin başındakı 36 kürədən 35-i çıxarılıb. Sümüyü deşərək içəri keçən metalların heç biri beyinə ölümcül xəsarət yetirməyib.

Çin mediasının məlumatına görə, 2 yaşlı uşağın əlindəki tapança, onun atasına məxsus olub. Digər odlu silahlardan fərqli olaraq bu tapança, içi barıt dolu güllə əvəzinə, metal kürələr atır. Təhlükəsiz görünsə də, əslində bu tapança da insanın həyatına son qoymağa qadirdir. Bu səbəbdən, səhlənkarlıq edərək tapançanı oyuncaq deyə uşağa verən atası polis nəzarətinə götürülüb./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ