Suriya prezidenti Əsəd 2004-cü ildən bəri Çinə ilk səfərinə başlayıb. Əsədin Asiya Oyunlarının açılış mərasimində iştirak edəcəyi və prezident Xi ilə görüşəcəyi gözlənilir.
7NEWS.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd 2004-cü ildən bəri Çinə ilk rəsmi səfərinə başlayıb. Səhər saatlarında 'Air China' aviaşirkətinə məxsus təyyarə ilə ölkəyə gələn Bəşər Əsədin Asiya Oyunlarının açılış mərasimində iştirak edəcəyi gözlənilir. Əsəd daha sonra cümə günü, sentyabrın 22-də Çin prezidenti Xi Jinping ilə görüşəcək. Əsəd və onu müşayiət edən nümayəndə heyətinin bazar və bazar ertəsi paytaxt Pekində bir sıra təmaslar keçirməsi planlaşdırılır. Çinə səfəri zamanı Əsədi həyat yoldaşı Esma Esad müşayiət edir.
7NEWS.az








