RU
20 lotereya bileti aldı - 20 dəfə uddu
16:40
521

20 lotereya bileti aldı - 20 dəfə uddu

ABŞ-ın Virciniya ştatının Saut-Boston şəhərinin sakini Toni Mayls bir lotereya tirajında ​​20 dəfə qazanıb.

7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "UPI" yazır.



Belə ki, Toni avqustun 22-də oynanılacaq lotereya üçün aldığı 20 biletin hər birində bu rəqəmlər olub: 1, 9, 2, 9.

Çıxan bütün rəqəmlər lotereya biletlərində göstərilənlərlə üst-üstə düşüb və hər biri Maylsa beş min dollar qazanc gətirib. Beləliklə, mükafatın ümumi məbləği 100 min dollar olub.

Toni bu pullarla ilk öncə borclarını ödəyəcəyini bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ