Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.
Sərnişinlərin bildirdiyinə görə, işığın kəsilməsindən sonra stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, problem onlara verilən enerjidə olub və tez bir zamanda aradan qaldırılıb:
"Qatarların hərəkətində heç bir problem olmayıb. Platformada enerji kəsilib. Baş verən problem qısa müddətdə aradan qaldırılıb”./azvision.az
7News.Az








