Ötən gün Yasamal rayonundan 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 20 yaşlı qızı gətirilib.
7news.Az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Niftəlizadə Aytac Sirdaş qızına ilkin yardım göstərilib və məlum olub ki, o, sirkə turşusu içib. Hazırda qızın vəziyyəti orta-ağırdır və stasionar qaydada müalicəsini davam etdirir.
Hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı o da məlum olub ki, A.Niftəlizadə sirkə turşusunu intihar etmək məqsədi ilə içib.
Yasamal rayon prokurorluğunda 20 yaşlı qızın hansı səbəbə görə intihar etməsi araşdırılır.
7news.Az








