RU
20 yaşlı sürücü sükan arxasında qəfil öldü - FOTO
11:40
14

20 yaşlı sürücü sükan arxasında qəfil öldü - FOTO

Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.

7News.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ