RU
`20 yox, 2 müəllim işdən çıxıb` - Universitet təkzib etdi
15:38
476

`20 yox, 2 müəllim işdən çıxıb` - Universitet təkzib etdi

Qafqaz Universiteti 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.


Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev açıqlamasında bu məlumatların yalnış olduğunu bildirib.

"Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Bu məlumat tamamilə yalnışdır. Adları çəkilən müəllimlər hazırda universitetimizdə işləyirlər. Onlar işdən çıxarılmayıblar”.

Rəcəb Rzayev qeyd edib ki, universitetdən yalnız 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, mətbuatda Qafqaz Universitetində ciddi ixtisarların aparılması haqda məlumat yayılıb. Bildirilib ki, son günlər 20–yə yaxın müəllim işdən çıxarılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ