RU
200-dən artıq yaşayış məntəqəsinə təbii qaz verilib
21:40
375

200-dən artıq yaşayış məntəqəsinə təbii qaz verilib

Əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

"Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən 7news.Az-a verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2016-cı il ərzində 7805 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 279 km qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il ərzində 209 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ