RU
“200 min xəstəyə pulsuz dərman veriləcək”
13:25
357

“200 min xəstəyə pulsuz dərman veriləcək”

Milli Məclisin növbəti plenar iclasında büdcə müzakirələri davam etdirilir.

İclasda millət vəkilləri büdcə ilə bağlı çıxışlarını və təkliflərini səsləndirirlər. Millət vəkili İlham Məmmədov ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini vurğulayıb. Deputat 200 min diabet xəstəsinə gələn il pulsuz dərman veriləcəyini qeyd edib.

Millət vəkili Rafiq Məmmədhəsənov isə büdcənin sosialyönümlü olmasının müsbət hal kimi qiymətləndirib.
Millət vəkili Jalə Əliyeva aztəminatlı ailələrin mənzil probleminin həlli üçün layihələrin maliyyələşdirilməsini, ipoteka şərtlərinin asanlaşdırılmasını təklif edib.

Millət vəkili Azay Quliyev büdcənin neftin qiymətinin kəskin azaldığı bir dövrdə hazırlandığını nəzərə çatdırıb: “Belə iqtisadi böhran şəraitində müdafiə xərclərimiz nəinki azaldılıb, hətta 4,4 faiz artırılıb. O cümlədən əmək haqları, sosial təminatlar artırılıb”.

Parlamentin komitə sədri Eldar İbrahimov Naxçıvana ayrılan dotasiyanın ixtisara salınmamasını, bu mümkün olmadığı təqdirdə isə əvvəlki səviyyədə saxlanılmasını hökumətdən xahiş edib.

***

Millət vəkili Asim Mollazadə deyib ki, son on ildə büdcənin artdığının şahidi olsaq da, bu il azaldığını gördük: “Sevindirici haldır ki, sosialyönümlü büdcə qorunub saxlanlıb. Mən xüsusilə müharibə əlilləri,veteranları, şəhid ailələrinə dövlətin diqqət və qayğısının artırılmasını təklif edirəm. Eyni zamanda biz ASAN Xidmətdən sahibkarların müdafiəsi üçün istifadə etməliyik. Bu yolla məmur özbaşınalığının qarşısını ala bilərik.Peşəkarlar işləməsə, biz Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik. Ölkədə çox ciddi investisiya layihələri həyat keçirilib, biz bunun büdcədə əksini görməli idik, amma görmədik”./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ