RU
2016-cı ilin ən çox hərbi büdcəyə malik dövlətləri - SİYAHI
21:34
364

2016-cı ilin ən çox hərbi büdcəyə malik dövlətləri - SİYAHI

IHS Jane’s Annual Defence Budgets Review” tərəfindən tərtib olunan reytinqdə 2016-cı il üçün ən çox hərbi büdcəyə malik olan dövlətlər yer alıb. 

Moderator.az adıçəkilən mənbəyə istinadən xəbər verir ki, Siyahının ilk üçlüyündə ABŞ, Çin və Böyük Britaniya qərarlaşıb. Dünya nəhəngi ABŞ-ın hərbi büdcəsi reytinq cədvəlindəki qonşuklarından kəskin fərqlənir-622 milyard dollar. Bu rəqəm ikinci yerdə qərarlaşan Çinin hərbi büdcəsindən nə az, nə çox, düz, 431 milyard çoxdur. Çinin hərbi büdcəsi 191 milyard dollardır. Üçüncü yerdə ki Böyük Britaniyanın hərbi büdcəsi 53,8 milyarddır. 

İlk onluqda qərar tutan ölkələr bunlardı: Hindistan ( 50,7 milyard dollar), Səudiyyə Ərəbistanı (48,7 milyard dollar), Rusiya (48,4 milyard dollar), Fransa (44,3 milyard dollar), Yaponiya (41,7 milyard dollar), Almaniya (35,8 milyard dollar), Cənubi Koreya (33, 5 milyard dollar).
Qardaş Türkiyə Cumhuriyyəti isə siyahının 18-ci ölkəsidir. Hərbi büdcəsi 12,7 milyard dollardır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ