RU
64 yaşlı pensiyaçı polisi ürəyindən bıçaqladı
18:05
2141

64 yaşlı pensiyaçı polisi ürəyindən bıçaqladı

Rusiyada dəhşətli bıçaqlanma hadisəsi kameraya düşüb.

7News.az bildirir ki, dövlət yol polisinin xidməti maşınındakı videoregistratora düşən hadisə görənləri heyrətə gətirib.
 
Videodan göründüyü kimi yaşlı kişi polisin sinəsinə bıçaqla zərbə endirib. Hadisənin 17 avqust gecəsi baş verdiyi bildirilir. 64 yaşlı pensiyaçı protokolun tərtib edilməsi zamanı avtomobildə sakitcə oturur. Polisin təklifindən sonra o, birdən bıçağı götürür və polisin sinəsinə sancır. 

İnanılmaz olsa da, polis sağ qalıb və hətta iş yoldaşını yardıma çağıra bilib. 
 
Döş qəfəsindən yaralanan polis xəstəxanaya yerləşdirilib. Onu təcili əməliyyat ediblər. Həkimlərin sözlərinə görə, bıçaq ürəyin yanından keçib.

Hadisəni törədən pensiyaçı saxlanılıb, ona qarşı cinayət işi qaldırılıb./baku.ws

7News.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ