RU
Xarici valyuta məzənnələri
09:31
1193

Xarici valyuta məzənnələri

Həftənin ilk günü Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta məzənnəsini açıqlayıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən 7News.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi sabit qalaraq 1,6102 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,17% möhkəmlənərək 1,7967 manat olub.

Qonşu Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0249 manata enib.

Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5439 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0804 manatdır. Beləliklə, funt sterlinq 0,37%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,39% azalaraq 0,6851 manat təşkil edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ