RU
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
10:34
1626

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünən neftimizin qiyməti 46,48 dollara satılırdı.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,12 dollar və yaxud 0,26% ucuzlaşıb.

7News.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 46,36 dollara bərabər olub.

Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ