RU
Xarici valyuta məzənnələri
09:40
1220

Xarici valyuta məzənnələri

Mərkəzi Bank rəsmi məzənnəni açıqladı.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 22-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 21-i ilə müqayisədə 0,19% artaraq 1,5724 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0800 manatdır. Beləliklə, funt sterlinq 0,14%-lik bahalaşma nümayiş etdirib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,2% möhkəmlənərək 1,7345 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0245 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,6% artaraq 0,5124 manat olub.

Gürcüstan larisinin məzənnəsi isə 0,1% zəifləyərək 0,6685 manata yüksəlib.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ