RU
Xarici valyuta m məzənnələri
10:00
2170

Xarici valyuta m məzənnələri

Mərkəzi Bank rəsmi məzənnəni açıqladı.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 20-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 19-u ilə müqayisədə 0,19% artaraq 1,5662 manat təşkil edib.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0247 manat səviyyəsinə çatıb.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,7252 manat olub.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,72% azalaraq 0,5150 manat olub.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0531 manatdır. Beləliklə, funt sterlinq də 0,62%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi isə 0,2% möhkəmlənərək 0,6679 manata yüksəlib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ