RU
Xarici Valyuta Məzənnələri
09:31
1137

Xarici Valyuta Məzənnələri

Mərkəzi Bank məzənnəni açıqladı.

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının bu günə rəsmi məzənnəsini 1,5549 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir (iyulun 12-də isə rəsmi məzənnə 1,5518 AZN/USD). 

Digər xarici valyutalara gəlincə avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,7% möhkəmlənərək 1,7203 manat olub.

 Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,4% möhkəmlənərək 0,0243 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,5% artaraq 0,5376 manata çatıb.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0691 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 2%-lik bahalaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi isə 0,2% artaraq 0,6631 manata yüksəlib.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ