RU
Xarici Valyuta Məzənnələri
10:00
967

Xarici Valyuta Məzənnələri

Mərkəzi Bank rəsmi məzənnəni açıqladı.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 18-nə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən 7News.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 15-i ilə müqayisədə 0,12% artaraq 1,56 manat təşkil edib.

Türkiyə lirəsi isə 2,64% azalaraq 0,5264 manata bərabər olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,43% zəifləyərək 1,7261 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% ucuzlaşaraq 0,0246 manat səviyyəsinə enib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0661 manatdır. Beləliklə, funt sterlinq 1,22%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,2% zəifləyərək 0,6631 manata enib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ