Aviazərbələr nəticəsində xeyli sayda terrorçu məhv olunub.
Rusiya Müdafiə nazirliyi öz YouTube kanalında Hava-kosmik qüvvələrin Suriya ərazisində İŞİD terror təşkilatının mövqelərini endirilən aviazərbələrin görüntülərini yayıb.
7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində yaraqlıların idarəetmə məntəqəsi, iki düşürgəsi, iki neft emalı məntəqəsi, həmçinin xeyli sayda terrorçu və hərbi texnika məhv edilib.
Qurumda qeyd ediblər ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə bu ərazilərdə hava əməliyyatı keçiriləcəyi barədə öncədən məlumat verilmişdi.
7news.Az








