Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması ilə bağlı ötən gün keçirilən referendumun nəticələri məlum olub.
Bu barədə 7News.Az `BBC`-yə istinadən xəbər verir.
Məlumata əsasən ölkənin Aİ-dən çıxmasının tərəfdarları 16,7 milyon seçici baryerini keçib. Ölkə üzrə 382 dairədən 175-nin nəticələrinə əsasən, seçicilərin 51,3 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının tərəfdarıdır. Ölkənin Aİ-də qalmasını istəyənlər isə 48,7 təşkil edir.
Şeffild, Blekpul, Qosport, Milton Kins kimi şəhərlərin sakinləri Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.
Ölkənin ən böyük şəhərlərində isə səslərin hesablanması prosesi hələ başa çatmayıb.
Səsvermədə təqribən 46 milyon 499 min 537 nəfər səsvermə hüququna malik olub. Bu, Böyük Britaniya üçün rekord səsvermə rəqəmi hesab olunur. Seçici fəallığı 72,1 faiz təşkil edib.
7News.Az








