Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda partlayış törədilib.
7News.Az Türkiyə KİV-inə istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında Şəmdinli-Yüksəkova avtomobil yolunda olub.
Zirehli hərbi avtomobilin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən yola yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.
Nəticədə hərbi avtomobilə ciddi ziyan dəyib, 3 hərbçi yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasıına qaldırılıblar.
Bölgədə havadan dəstək verməklə əməliyyat başlayıb.
7News.Az








