RU
Türkiyədə partlayış
16:06
1195

Türkiyədə partlayış

Hadisə Ədalət məhkəməsi binasının yaxınlığında baş verib.

Türkiyənin şərqində Tuncəli şəhərində baş verən partlayış nəticəsində doqquz nəfər yaralanıb. 

7News.Az TRT Haber-ə istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır. 

“Əl-Cəazirə” telekanalının məlumatına görə, hadisə Ədalət məhkəməsi binasının yaxınlığında baş verib. 

Son illər ərzində Tuncəli vilayətində Türkiyədə qadağan edilmiş Kürdistan İşçi Partiyası dəfələrlə türk hərbçilərinə hücumlar ediblər. Bununla əlaqədar həmin region xüsusi təhlükəsizlik zona elan edilib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ