RU
Ramil Usubovdan
11:36
1169

Ramil Usubovdan

BŞBPİ-nin şöbə rəisi yeni təyinat alıb.

Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsinin şöbə rəisi, polis polkovnik leytenantı Hikmət Qasımov işdən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəisinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin rəis müavini, polis mayoru Bəhruz Musayev vəzifəsindən azad edilərək Quba rayon Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ