Vaşinqton hökuməti İraqda İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq üçün 200 əsgər və “Apache” helikopterlərini göndərəcək.
Helikopterlər ilk dəfə İŞİD-i vurmaq üçün istifadə olunacaq. Bu barədə Bağdadda səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter bildirib.
Qeyd edək ki, hazırda ABŞ-ın İraqda 4100 əsgəri var./qafqazinfo
7news.Az








