RU
Daha bir şəhər azad edildi
11:17
37152

Daha bir şəhər azad edildi

Suriya ordusu növbəti uğur əldə edib.

7News.Az xarici mətbuata istinadən bilrir ki, Rusiya Hərbi-Kosmik qüvvələrinin dəstəyinə arxalanan hökumət qüvvələrinin Əl-Karyateyn şəhərinə hücumu müsbət sonluqla nəticələnib. Şəhəri qısa zamanda İŞİD terrorçularından təmizləyən ordu bura Suriya dövlət bayrağını asıb. Paytaxt Dəməşqlə bu günlərdə azad edilən Palmira şəhərləri arasında yerləşən bu yaşayış məntəqəsi strateji əhəmiyyət daşıyır. Hazırda bölgənin minalardan təmizlənməsi əməliyyatlarına başlanılıb.

Gəl ki, uğurlara baxmayaraq, prezident Bəşər Əsəd bəzi dəstəklərdən məhrum olur. Tərəfdarları olan tayfa və icma başçıları bir-birinin ardınca ona arxa çevirir. Belə hadisələrdən biri də ötən gün yaşanıb. Ələvi tayfalarının başçıları bəyan ediblər ki, bundan sonra Əsədlə birlikdə vuruşmaq istəmirlər. Buna səbəb itkilərin hədddən çox olmasıdır. Əsəd özü isə mübarizəni davam etdirəcəyini bildirib. O iddia edib ki, indiyə qədər əldə olunan uğurların sirri onun qərarlı olmasıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ