RU
Dmitri Medvedev
09:42
1203

Dmitri Medvedev

Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 7-də İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

7News.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

“Aprelin 8-də isə D.Medvedevin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutacaq. Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya baş nazirinin səfərinin proqramına müəyyən dəyişikliklər edilib ”, məlumatda deyilir.

D.Medvedev həmçinin aprelin 7-də İrəvanda ermənistanlı həmkarı Ovik Abramyanla, bir gün sonra isə Azərbaycan baş naziri Artur Rasizadə ilə görüşəcək.

Qeyd edək ki, aprelin 6-da Artur Rasizadə və Dmitri Medvedev arasında telefon danışığı olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ