Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda yerləşən Əsgərlik Şöbəsi və Polis Bölməsinə gecə saatlarında PKK-çılar tərəfindən bombalı hücum həyata keçirilib.
7News.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bölməyə yaxın ərazidə bombalı avtomobilin partladılması nəticəsində ikisi əsgər olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə çoxsaylı təcili yardım avtomobilləri cəlb olunub.
7News.Az














