RU
Bakıda ağır qəza
10:20
1192

Bakıda ağır qəza

7 nəfər yaralanıb.

Martın 18-nə keçən gecə Bakının mərkəzində, Xaqani küçəsi 86 ünvanın qarşısında ağır yol qəzası baş verib.

7news.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev idarə etdiyi “BMW X6” markalı, 99 ER 888 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış “Volsfagen Passat”, “BMW 520”, “Toyota Prado” və “Toyota RAV4” markalı avtomobillərə çırpıb.

Hadisə vaxtı yolun kənarında dayanın İran vətəndaşları, 1996-cı il təvəllüdlü Əmirnicat Mehdi Yusif oğlu, 2014-cü il təvəllüdlü Əmirnnicat Nəfəs Mehdi oğlu, 1984-cü il təvəllüdlü Əkrəmi Nahid Abdulla qızı, 1969-cu il təvəllüdlü Sədai Əli Həsən oğlu, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev, 1981-ci il təvəllüdlü İlqar Həsənov, 1976-cı il təvəllüdlü Vasif Davudov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Bildirilir ki, xəsarət alan İran vətəndaşlarından 2-sinin bədənində sınıqların olduğu məlum olub. Digər iki İran vətəndaşı isə kəllə-beyin travmaları alıb. Onlar yol kənarında dayanıblarmış. Bundan başqa əlavə olaraq yol kənarındakı 2 nəfər də yaralanıb.

İran vətəndaşları Novruz bayramı ilə əlaqədar Bakı şəhərinə turist kimi gəliblərmiş.

--

Bakının Səbail rayonunda çox sayda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

7news.Az anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. Ağır qəza sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Qəzaya səbəb olan avtomobil yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib.

Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra “BMW” işıq dirəyinin yuxarı hissəinə kimi qalxıb və bundan sonra dirək aşıb.

Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Piyaalardan 3-ü İran İslam respublikasının vətəndaşıdır.

Yaralılar dərhal 1 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Həkimlərin verdiyi məlumata görə 7 nəfrədən 3-nün vəziyyəti orta ağırdır.

Verilən məlumata görə, hadisəni törədən “BMW” eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə yol patrul xidmətinin əməkdaşları gəlib. Qəza zamanı 6 avtomobil yararsız haıala düşdüyündən əraziyə evakutorlar cəlb olunub. Avtomobillər cərimə meydançasına aparılıb
Faktla əlaqədar araşdırmalara başlanıb

7news.Az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ