Bakıda ölümlə nəticələnən qəza baş verib.
7news.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, 165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub. Zərbə nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Polis əməkdaşları olay yerində müayinələr aparıblar. Daha sonra avtobus sürücüsünün ifadəsi alınıb. Eyni zamanda ölən qadının kimliyi də müəyyən edilib. Məlum olub ki, qəza nəticəsində həyatını itirən 58 yaşlı Esmira Zeynalovadır.
Şahidlərinin sözlərinə görə, hadisəyə səbəb piyadanın avtobusun qarşısına qəfil çıxması olub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
20-57
Orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Bakıda sərnişin avtobusu piyadanı vurub.
7news.Az-ın musavat.com-a istinadən məlumatına görə, hadisə bu dəqiqələrdə Bakının Nəsimi rayonu ərazisində baş verib.
165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub.
Zərbə nəticəsində hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar, avtobus sürücüsünün ifadəsi alınıb.
İlkin ehtimala görə, hadisəyə avtobusun yüksək sürətlə idarə olunması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
7news.Az










