RU
İŞİD lideri:
22:16
961

İŞİD lideri:

İŞİD terror qruplaşması tərəfindən Liviya üzrə lider təyin edilən Abdulkadir əl-Necdi Avropanı təhdid edib.

7news.Az publika.az-a istinadən bildirir ki, Necdi Romanı işğal etməyə hazır olduqlarını söyləyib.

Əl-Necdi deyib ki, Liviyanın coğrafi mövqeyi İŞİD-ə Roma və İtaliyaya qapı açmağa imkan verir. Terror qruplaşmasının ərəb dilində nəşr olunan jurnalı "Əl-Neba"ya müsahibə verən Necdi Romanın İŞİD-in ideologiyasında əhəmiyyətli yer tutduğunu xatırladıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD-in İraq və Suriyadakı döyüşçülərin sayı 31 min 500-dən 25 minə qədər azalıb. Eyni vaxtda Liviyadakı döyüşçülərin sayı iki dəfə artaraq 6 min 500-ə qalxıb. İŞİD-in Liviyadakı döyüşçülərinə ayda 1000 dollar maaş ödədiyinə dair hesabatlar dərc olunub. Tunis mətbuatına görə, ciddi iqtisadi böhranla boğuşan Tunisdən 1000-1500 gənc Liviyada İŞİD-ə qatılıb. Nigeriyada aktiv olan və İŞİD-ə biət edən "Boko Haram" terror təşkilatından mindən çox döyüşçü İŞİD-ə qatılmaq üçün Liviyaya gəlib. Terror qruplaşması ilk dəfə Liviyada qadınları "Cihadçı gəlinlər" adı ilə kamikadze olaraq istifadə edir.

Mərkəzi Asiyadan Balkanlara, Yaxın Şərqdən Mərkəzi və Şimali Afrikaya qədər uzanan şəriət dövləti qurmağa hədəfləyən İŞİD üçün Liviya strateji mövqeyi və iqtisadi dəyəri baxımından çox əhəmiyyətlidir. Liviyanın Avropa ilə yaxınlığı həm İŞİD-ə döyüşçülərini qitəyə keçirməyə, həm də insan qaçaqmalçılığı ilə məşğul olmağa imkan verir. İsraildə fəaliyyət göstərən bir təşkilata görə, ərəb və Mərkəzi Afrika ölkələrindən gələn qaçqınların Avropaya axınından illik 330 milyon dollara qədər gəlir gətirir. İŞİD bu işlə məşğul olan cinayət qrupların əksər hissəsini özünə bağlayıb. ABŞ-ın "Soufan Group"un yanvar ayında dərc etdiyi hesabata görə, həm "Əl-Qaidə", həm də İŞİD Liviyanı etibarlı bir liman kimi istifadə edir.

Sirt şəhərində vilayət quran İŞİD ölkənin digər şəhərlərini ələ keçirmək üçün buranı baza olaraq istifadə edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ