RU
İlham Əliyev görüşlər keçirib
15:17
1019

İlham Əliyev görüşlər keçirib

“İki ölkə gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.

7news.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərinə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub” qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirildi.

Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olundu. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulandı.

Dövlət başçısı bu gün Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı da qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi.

TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ