RU
İmişlidə ağır qəza:
22:00
1213

İmişlidə ağır qəza:

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, İmişli-Kürədmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ