RU
Türkiyə yenə şəhid verdi
15:05
1127

Türkiyə yenə şəhid verdi

Türkiyənin Şırnak ərazisində baş verən terror hadisəsi zamanı mülki geyimdə olan polis— Ömər Qoca həyatını itirib.

Övladlarının şəhid olmasını ailəsi gecə saatlarında öyrənib. Xəbərdən sonra halı pisləşən valideynlərə təcili tibbi yardım çağrılıb.

Qeyd edək ki, şəhid Ömər Qoca 7 günlük körpəsini sadəcə bir dəfə görə bilib.

2 ildir evli olan Ömər Qoca ata olması xəbərini eşitdikdən sonra Mərsinə, ailəsinin yanına gəlib. Övladını gördükdən sonra yenidən geri qayıdıb. 

7News.Az

<iframe frameborder="0" width="560" height="315"></iframe>

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ