Cinayət işi başlanıb.
Bakıda intihar hadisəsi baş verib.
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Zaur Fariz oğlu Qəniyev yaşadığı ünvanda özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. /apa
7News.Az








