RU
Rusiyada təyyarə qəzası:
20:37
340

Rusiyada təyyarə qəzası:

Qəzaya hava şəraitinin dumanlı olması səbəb olub.

Rusiyanın Orenburq vilayətində Sterlitamak şəhərindən Orska uçan yüngül motorlu An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb.

İlkin məlumata görə, qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib. 

Təyyarə “Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi.

Təyyarənin göyərtəsində olan iki ekipaj üzvü və bir “Transneft” şirkətinin nümayəndəsi hadisə yerindəcə ölüblər./oxu

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ