Suriyada növbəti dəfə terror aktı törədilib.
Paytaxt Dəməşqdə baş verən partlayış zamanı 30 nəfər həlak olub. Partlayıcı qurğunu terrorçu-kamikadze Dəməşqin şiələr məskunlaşan hissəsində işə salıb.
İlkin məlumatlara görə, partlayış zamanı 40 nəfər yaralanıb.
***
Ən son məlumatlara əsasən Dəməşqin cənubunda yerləşən, Səid Zeynəb adlanan şiə məhəlləsində törədilən üç ardıcıl partlayış nəticəsində 59 nəfər ölüb, 128 nəfər yaralanıb./azvision
7news.az








