RU
Fəhlənin faicəvi ölümünə görə cinayət işi açıldı
16:34
506

Fəhlənin faicəvi ölümünə görə cinayət işi açıldı

Müvafiq ekspertizalar təyin edilib.

Bakı Şəhər Prokurorluğu Bakıda baş verən faciəvi hadisə ilə bağlı rəsmi məlumat yayıb. 

Prokurorluqdan 7News.Az-a verilən məlumata görə, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsiylə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ