RU
Neft sürətlə ucuzlaşır
13:55
1599

Neft sürətlə ucuzlaşır

Hərracların gedişi.

Neftin qiymətləri yenidən ucuzlaşır. 

Belə ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,07 dollar və ya 3,33% ucuzlaşaraq 31,11 dollar olub.

7News.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 25-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,12 dollar və ya 3,48% azalaraq 31,07 dollar təşkil edib.

09:03

London və Nyu-York birjalarında elektron ticarət əməliyyatlarının gedişində neftin qiyməti artmaqda davam edir.

Bu barədə 7News.Az Bloomberg-ə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin mart fyuçeslərinin qiyməti 0,23 dollar və ya 0,71% bahalaşaraq bir barelə görə 32,41 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,47% artaraq 32,34 dollar təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ