RU
Bakıda mənzildə qadın meyiti tapıldı
22:40
470

Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapılıb.

7news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 


Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Yermakova Yevgeniya Alekseyevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 16:32-də başa çatıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ