RU
İlham Əliyev İsveçrədə
09:36
394

İlham Əliyev İsveçrədə

Prezident Vahid Ələkbərov ilə görüşüb.

Yanvarın 20-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.

Elə həmin gün prezident İlham Əliyev Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Məhəmməd Nəhavəndian İran Prezidenti Həsən Ruhaninin salamını və xoş arzularını İlham Əliyevə çatdırıb. Azərbaycan prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb.

Bildirib ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.

Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparılıb. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb.  Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirib ki, Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.

Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib.

Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev İran dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Həsən Ruhaniyə çatdırılmasını xahiş edib.

23:02 (20.01.2015)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Görüşdə qeyd olunub ki,  “LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır.

“LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub. /azertag

7News.Az

22:51

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.

Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.

Baş nazir Əhməd Davudoğlu Azərbaycan dövlət başçısına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş edib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

22:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "Lazard Avropa" şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident İlham Əliyev Azərbaycan ilə "Lazard Avropa" şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi. 

Dövlətimizin başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

"Cənub qaz dəhlizi" layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan "Lazard Avropa" şirkətinin vitse-prezidenti Metyu Piqas bildirdi ki, Azərbaycan yüksək reytinqə malikdir. 

O qeyd etdi ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.

Söhbət zamanı Azərbaycan ilə "Lazard Avropa" şirkətinin işgüzar münasibətləri müzakirə edildi, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

18:50

Azərbaycan prezidenti İlham Əliyev bu gün İsveçrəyə işgüzar səfərə gedib. 

Oxu.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ