RU
Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib
21:17
213

Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib

MN məlumat yaydı.

Yanvarın 21-də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Baş Qərargah rəisi səfər zamanı NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ