Bu gün “Günəşli” yatağında baş verən hadisədən 40 gün keçir.
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi axtarışlar aparır.
Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 11 nəfərin cəsədi tapılıb.
Hazırda 22 neftçinin axtarışları davam edir. Onlardan 19 nəfər “Günəşli” yatağında, 3 nəfər isə “Neft daşları”nda baş verən hadisə zamanı itkin düşüb.
7news.az








