RU
Sabah hava necə olacaq?
13:16
1117

Sabah hava necə olacaq?

Proqnoz açıqlandı.

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 4-də paytaxtda və yarımadada gündüz şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycan rayonların isə sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 16-21 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Bəzi yerlərdə 3 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ