RU
Bakıda yaşayış binasında yanğın
10:44
8245

Bakıda yaşayış binasında yanğın

FHN məlumat yaydı.

Bakıda yanğın hadisəsi qeydə alınıb. 

7News.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində baş verib. Nəticədə elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət  köməkçi otaq qarsalanıb. Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. 

Binanın qalan hissəsi yanğından mühafizə olunub.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ